Naxçıvanın bitki muzeyi – Nəbatat bağı - FOTOLAR

269

AMEA-nın Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun Nəbatat bağında təkcə yerli deyil, dünyanın bir çox ölkələrində yetişən və iqlim şəraitində mövcud olan bitkilər nümayiş olunur. Bu ənənə davamlı olaraq qorunur və bağda genofondun zənginləşməsi, həmçinin  mühafizəsi üçün yeni bitki növləri gətirilir. Yeni gətirilən bitkilər içərisində dibçək gülləri də var.

NUHÇIXAN xəbər verir ki, Mərkəzi Nəbatat bağından, Mərdəkan Dendraris, Batumi Botanika bağından, Türkiyədən, İrandan Nəbatat bağına yeni bitki növləri gətirilib. Hazırda elm adamları gəlmə  gül nümunələrinin üzərində tədqiqat işləri aparırlar. Nəbatat bağında bu bitkilər adətən istixanalarda və yaxud açıq şəraitdə əkilib becərilir. Bundan başqa yaşıl muzeydə dərman bitkilərinin əkilib becərilməsi və onların artırılması işləri də aparılır.

Canlı təbiət muzeyində gülçülük, tingiçilik, meyvə genefondu bağı, nadir bitkilər kolleksiyası, nadir üzüm sortlarının genefondu bağı üçün sahələr ayrılıb. Bağın ərazisində salınan nadir üzüm sortlarının genefondu bağında 30-dan çox nadir üzüm  sortları becərilir.  Eləcə də burda meyvə tingləri calaq edilərək müxtəlif təşkilatlara, fermer təsərrüfatlarına verilir.

Bağda həmçinin dekorativ bitkilər, tropik və subtropik bitki nümunələri, dərman bitkiləri və digər bitkilər əkilərək tədqiq olunması davam etdirilir.

                                                        Röyal Kərimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: