Naxçıvanın əhalisinin 35,7 faizi uşaqlardır

227

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının əhalisinin 162 min 113 nəfəri və ya  35,7 faizi uşaqlardır.  Muxtar respublikada 215 ümumtəhsil məktəbi, 26 uşaq musiqi məktəbi, 21 məktəbəqədər, 36 məktəbdənkənar təhsil müəssisəsi, 18 orta ixtisas və peşə məktəbi  fəaliyyət göstərir. Onların əksəriyyəti müasir şəraiti olan binalarla təmin edilib. Ümumtəhsil məktəblərində 600-dən çox elektron lövhə quraşdırılıb. 87 faizi internetə qoşulmaqla, hər 11 şagird  1 kompüterlə təmin olunub. 2017-2018-ci tədris ilində 3500-dən çox uşaq maraqlarına uyğun peşə və ixtisaslara yönləndirilib. Hazırda muxtar respublikada 30 minə yaxın uşaq və gənc idmanla məşğul olur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: