Naxçıvandakı təsərrüfatlarda  mal-qaranın sayı artıb

200

NUHÇIXAN xəbər  verir ki, 2018-ci ilin birinci yarımilində muxtar respublikanın bütün təsərrüfat kateqoriyalarında ­qaramalın sayı 122 min 87 baş, qoyun və keçilərin sayı 768 min 820 baş olmuşdur ki, bu da 1 iyul 2017-ci il tarixə olan göstəriciləri 1,7 və 1,9 faiz üstələyib. 2018-ci ilin yanvar-iyun aylarında muxtar respublikada diri çəkidə 12 min tondan artıq ət,  48 min tondan artıq  süd istehsal olunub. Bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,1 və 1,9 faiz çoxdur.
Daxili bazarda yerli istehsalın həcminin artırılması məqsədilə 6 ay ərzində  2 quşçuluq və 1 balıqçılıq təsərrüfatları yaradılıb. 1 balıqçılıq təsərrüfatı isə öz istehsal sahəsini genişləndirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: