Naxçıvanda yeni rəsm sərgisi açılıb

423

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Rəssamlar Birliyində 15 iyun – Milli Qurtuluş Günü münasibətilə “Azərbaycanım” adlı rəsm sərgisi açılıb.

Sərgiyə müxtəlif mövzularda işlənmiş rəsmlər təqdim olunub. Sərgidə 90 gənc və yeniyetmənin 100-dən artıq əsəri nümayiş olunur.

Sərgidə həmçinin sağlamlıq imkanları məhdud 10 gənc rəssamın 30-dan çox əsəri də yer alıb.

Sonra ən yaxşı rəsm əsərinin müəlliflərinə diplom və fəxri fərmanlar təqdim edilib.

Sonda sərgiyə baxış olub.

                                                                           Nicat Quliyev

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: