NUHÇIXAN xəbər verir ki, Naxçıvan şəhərində, Naxçıvançayın kənarında müasir istirahət və əyləncə mərkəzinin tikintisi davam etdirilir.
Əyləncə mərkəzi zirzəmi ilə birlikdə dörd mərtəbədən ibarət olacaq. Binanın zirzəmisində avtomobillər üçün dayanacaq, bərbər, qadın gözəllik salonu, qazanxana və xidməti otaqlar fəaliyyət göstərəcək. Qalan mərtəbələr isə istirahət otaqları, kafelər və digər əyləncə obyektləri üçün nəzərdə tutulub. Mərkəzin yanında əlavə olaraq idman zalı, üzgüçülük hovuzu, tədbirlər zalı da tikilərək sakinlərin ixtiyarına veriləcək.
Röyal Kərimov
Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.