Naxçıvanda yay təlimlərinə start verilib
NUHÇIXAN xəbər verir ki, Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı Gənclər Birliyi yay təlimlərinə start verib.
Bildirilib ki, təlimlər 3 istiqamətli – “İşgüzar etiket”, “Təqdimat bacarıqlarının inkişafı” və “Vaxtın düzgün istifadə edilməsi” mövzularında olacaq. Keçirilən ilk təlimdə 40-a yaxın gənc iştirak edib.
Gənclərə işgüzar görüşlər, jest və mimikalar, əl hərəkətləri, işgüzar yeməklər, işgüzar səfərlər haqqında da məlumat verilib, slayd, videoçarxlar nümayiş etdirilib. Təlim yeni metodlar və üsullarla gənclərə çatdırılıb.
İyulun 11-də təlimlərdə fəal iştirak edən gənclər Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı Gənclər Birliyi tərəfindən hazırlanmış sertifikat və müxtəlif hədiyyələrlə təltif olunacaq.
Turab Hacızadə