Naxçıvanda Xocalı soyqırımına həsr olunmuş interaktiv dərs keçirlib

110

Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar Naxçıvan Muxtar Respublikasında təsdiq edilən tədbirlər planına əsasən ümumtəhsil məktəbləri və Heydər Əliyev adına Hərbi Liseylə Xatirə muzeyi arasında interaktiv əlaqə yaradılıb.

Naxcivantv.az xəbər verir ki, interaktiv dərsi muzeyin bələdçisi Leyla Məmmədova aparıb. Dərs 222 ümumtəhsil müəssisəsində izlənilib.

Ermənilərin dəfələrlə xalqımıza qarşı törətdiyi soyqırımlardan  danışan Leyla Məmmədova  Xocalı soyqırımına aid sərgi haqqında da ətraflı məlumat verib.

Qeyd edək ki, bununla yanaşı muxtar respublikanın ümumtəhsil məktəblərində və Heydər Əliyev adına Hərbi Liseydə  1 dərs saatı Xocalı soyqırımına həsr olunub.  Müəllimlər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni cəlladları tərəfindən törədilən Xocalı soyqırımının hər bir gəncdə düşmənə qarşı nifrət oyatdığını vurğulayıblar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: