Naxçıvanda V-XI sinif şagirdləri arasında sınaq imtahanları keçirilib

332

Bu gün muxtar respublikanın ümumtəhsil məktəblərinin 5-11-ci sinif şagirdləri arasında sınaq imtahanları aparılıb.

NUHÇIXAN xəbər verir ki, sınaq  imtahanlarının keçirilməsinin məqsədi şagirdlərin bilik və bacarıqlarını daha da yüksəltmək, onların test kitabçaları üzərində sərbəst işləmə vərdişlərini artırmaqdır. Naxçıvan şəhərinin və muxtar respublikanın rayonlarında təşkil olunan sınaq imtahanlarının obyektiv keçirilməsi üçün qeyri-ixtisas müəllimləri cəlb olunub.

Suallar kurikulum əsasında tərtib olunub. Sualları cavablandırmaq üçün V-VIII sinif şagirdlərinə 2 saat 30 dəqiqə, IX-X sinif şagirdlərinə 2 saat,XI sinif şagirdlərinə isə 3 saat vaxt ayrılıb. IX sinif şagirdləri buraxılış qaydasında ana dili,xarici dil və riyaziyyat fənlərinin hər birindən 30 olmaqla, ümumilikdə 90 sual, XI sinif şagirdləri ənənəvi qaydada 5 qrupda 125 sual,X sinif 3 fənn yeni qaydada 75 sual,VI–VIII sinif şagirdləri isə verilən 100 sualı 2 saat 30 dəqiqə ərzində cavablandırıblar. V sinif şagirdləri verilən 70 sualın içərisində əlavə olaraq şahmat və informatika fənləri də olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: