Naxçıvanda ümumi daxili məhsul bir milyard manatdan çox olub

177

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında həyata keçirilən uğurlu siyasətin nəticəsi olaraq 2018-ci ilin yanvar-iyun aylarında ümumi daxili məhsul istehsalı 1 milyard 246 milyon 624 min manatdan artıq olub. Bu  bir il öncəki müvafiq göstəricidən 1,4 faiz çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsul isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,3 faiz artaraq 2748 manatı ötüb. Ümumi daxili məhsulun tərkibində ilk yeri 30,1 faizlə sənaye tutub  və maddi istehsalın payı 57,6 faiz təşkil etmişdir.

2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin yanvar-iyun aylarında sənaye məhsulu 1,4 faiz, əsas kapitala yönəldilən vəsaitlər 2,1 faiz, kənd təsərrüfatı məhsulu 3,6 faiz, nəqliyyat sektorunda yük daşınması 1,8 faiz, informasiya və rabitə xidmətləri 2,6 faiz, o cümlədən mobil rabitə xidməti 2 faiz artıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: