Naxçıvanda ümumi daxili məhsul 1 milyard 757 milyon manatı ötüb

161

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında 2018-ci ilin yanvar-avqust ayları ərzində 1 milyard 757 milyon 595 min manatdan artıq  ümumi daxili məhsul istehsal olunub. Bu 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,4 faiz çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz artaraq 3872 manatı ötüb. Muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 726 milyon 450 min manat dəyərində məhsul istehsal edilib. Bu isə 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,5 faiz çoxdur. Vəsait qoyuluşları çərçivəsində də artım müşahidə edilib. Belə ki, bu ilin yanvar-avqust aylarında muxtar respublikada bütün maliyyə mənbələrindən əsas kapitala 646 milyon 45 min manat vəsait yönəldilib. Bu da bir il öncəki göstəricidən 1,6 faiz çoxdur. Əsas kapitala yönəldilmiş vəsaitin 608 milyon 606 min manatı və ya 94,2 faizi tikinti-quraşdırma işlərinin payına düşüb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: