Naxçıvanda üçüncü “Arıçılıq məhsulları – bal” festivalı keçiriləcək

780

NUHÇIXAN xəbər verir ki, oktyabrın 20-si və 21-də Naxçıvanda  “Arıçılıq məhsulları-bal” festivalı keçiriləcək. Festivalın açılışı oktyabrın 20-si saat 11:00-da olacaq. Festivalda 300-ə yaxın arıçının iştirakı gözlənilir.

Təmiz havası və zəngin bitki örtüyü olan Naxçıvanda hələ qədim zamanlardan arıçılıq geniş yayılıb. Bu gün də bu sahə dövlətin dəstəyi ilə inkişaf etdirilir. Hazırda muxtar respublikada arı ailələrinin sayı 71 mindən çoxdur.

Qeyd edək ki, “Arıçılıq məhsulları-bal” festivalı Naxçıvanda artıq 3-cü dəfədir ki, qədim Naxçıvanqalada təşkil olunur.  Bu günədək “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “Göycə”, “Plov”, “Naxçıvan çörəkləri”, “Arıçılıq məhsulları-bal”, “Ailə təsərrüfatı məhsulları”, “Yallı”, “Yaradıcı əllər”, “İstedadlı uşaqlar” , “Milli geyimlər” kimi festivallar keçirilib. Bu festivalları minlərlə yerli sakin və əcnəbi turist izləyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: