Naxçıvanda “Şagird-məzun” dövlət elektron məlumat sistemi ilə bağlı seminar təşkil olunub

189

Dövlət İmtahan Mərkəzinin (DİM) Naxçıvan Muxtar Respublikası regional bölməsində 2018-2019-cu tədris ilində ümumtəhsil müəssisələrinin şagirdləri haqqında məlumatların “Şagird-məzun” dövlət elektron məlumat sisteminə daxil edilməsinin başlanması ilə əlaqədar seminar keçirilib.

DİM-dən NUHÇIXAN-a bildiriblər ki, seminarda regional bölmə əməkdaşları tərəfindən şəhər (rayon) təhsil şöbələrinin və ümumtəhsil müəssisələrinin əlaqələndiricilərinə “Şagird-məzun” dövlət elektron məlumat sisteminin iş prinsipi haqqında geniş məlumat verilib. Ötən ildə məlumatların sistemə daxil edilməsi ilə bağlı yol verilən nöqsanlar iştirakçıların diqqətinə çatdırılıb. Eyni zamanda, seminarda 2019-cu ildə imtahanların keçirilmə texnologiyasında nəzərdə tutulan yeniliklər və imtahan modeli, “Nəzarətçilərin elektron qeydiyyatı” sistemi və nəzarətçi bazasının formalaşdırılması ilə bağlı məlumatlar verilib.

Sonda iştirakçıların sualları cavablandırılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: