Naxçıvanda rus dili olimpiadası keçirilib

52

Naxçıvan şəhərindəki 3 nömrəli tam orta məktəbdə VII-VIII sinif şagirdləri arasında rus dili və ədəbiyyatı fənni üzrə X respublika olimpiadası keçirilib.

NUHÇIXAN xəbər verir ki, Rusiyanın ölkəmizdəki səfirliyinin müşaviri Valentin Denisov çıxışında Azərbaycan məktəblərində rus dilinin tədris olunmasını iki ölkə arasında dostluq münasibətlərinin göstəricisi kimi dəyərləndirib. Qeyd olunub ki, olimpiadanın keçirilməsində əsas məqsəd rus dilini və rus mədəniyyətini dəstəkləməkdir. Belə tədbirlərin Rusiya və Azərbaycan dövlətlərinin qarşılıqlı əlaqələrinin inkişafında böyük əhəmiyyət kəsb etdiyi də diqqətə çatdırılıb. Valentin Denisov olimpiadanın keçirilməsində göstərilən diqqətə görə minnətdarlı­ğını bildirib, iştirakçılarına uğurlar arzulayıb.

Sonra rus dili və ədəbiyyatı fənni üzrə IX respublika olimpiadasının 7 qalibi mükafatlandırılıb, müəllimlərə diplomlar təqdim edilib.

Tədbirin ədəbi-bədii hissəsində məktəbin şagirdlərinin ifasında Azərbaycan və rus dillərində şeirlər və mahnılar səsləndirilib. Olimpiadanın qaydaları haqqında şagirdlərə məlumat verdikdən sonra olimpiada başlayıb. Xatırladaq ki, qaliblər növbəti olimpiadada mükafatlandırılacaq.

Rus dili və ədəbiyyatı fənni üzrə X ümumrespublika olimpiadası Rusiya Federasiyasının Azərbaycandakı səfirliyi, MDB, xaricdə yaşayan həmvətənlər və beynəlxalq humanitar əməkdaşlıq üzrə “Rossotrudniçestvo” Federal Agentliyinin Azərbaycan Respubliksındadakı nümayəndəliyinin və Azərbaycan Respublikasının Təhsil Nazirliyi birgə təşkilatçılığı ilə keçirilir.

Röyal Kərimov

NTV xəbər

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: