Naxçıvanda rus dili olimpiadası keçiriləcək

69

NUHÇIXAN xəbər verir ki, may ayının 3-ü və 4-ü Naxçıvan şəhərindəki 3 nömrəli tam orta məktəbdə rus dili və ədəbiyyatı fənni üzrə X respublika olimpiadası keçiriləcək. Bununla əlaqədar  qədim diyara gələn qonaqlar muxtar respublikadakı muzeylər, tarix-memarlıq abidələri ilə  tanış olublar.

MDB, xaricdə yaşayan Həmvətənlər və Beynəlxalq Humanitar Əməkdaşlıq üzrə Federal Agentliyinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin təmsilçiləri və digər qonaqlar əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində əzəmətlə ucalan abidəsi önünə gələrək, buraya gül dəstələri qoyub və muzeylə tanış olublar.

Heydər Əliyev sarayındakı miniatür kitab muzeyinin Naxçıvan filialı, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi qonaqların xoşuna gəlib. Sonra onlar Naxçıvan şəhərindəki 3 nömrəli tam orta məktəbdə keçiriləcək olimpiadaya hazırlıq işləri ilə maraqlanıblar.  Rusiya Səfirliyinin müşaviri Valentin Denisov qeyd edib ki, biz rus dili və ədəbiyyatı üzrə fənn olimpiadasını MDB dövlətlərin heç birində belə yüksək səviyyədə təşkil edə bilmirik. Buna görə də Birinci vitse-prezidentə, Naxçıvan Muxtar Respublikasının rəhbərinə, Təhsil Nazirliyinə bir daha dərin minnətdarlığımı bildirirəm.

Qonaqlar  Mömünə Xatın türbəsi və Açıq Səma Altında Muzeylə də tanış olublar..

                                                  Röyal Kərimov

NTV xəbər

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: