Naxçıvanda rezidentura səviyyəsinə qəbul imtahanının ikinci mərhələsi keçirilib

224

NUHÇIXAN xəbər verir ki, Dövlət İmtahan Mərkəzi iyulun 8-də 2018-2019 tədris ili üçün Azərbaycan Respublikasında baza ali tibb təhsili əsasında həkim mütəxəssislərin hazırlanması məqsədi ilə rezidenturaya qəbul imtahanının ikinci mərhələsini keçirib.

Naxçıvanda imtahan Naxçıvan Dövlət Universitetində keçirilib. İmtahanda iştirak etmək üçün 20 namizəd qeydiyyatdan keçib. İmtahan saat 11-də başlayıb və 2 saat 30 dəqiqə davam edib.

İmtahanda namizədlərə ixtisas fənnləri üzrə 100 test tapşırığı təqdim olunub. Hər bir test tapşırığının düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablar imtahan nəticəsinə təsir göstərmir.

İmtahanın nəticələri bir neçə gün ərzində Dövlət İmtahan Mərkəzinin rəsmi internet saytında yerləşdiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: