Naxçıvanda qəbul imtahanlarında ən yüksək nəticə göstərən məktəblər açıqlanıb

3. 683

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, 2018-ci ildə ümumtəhsil məktəblərini bitirən 2803 məzundan 2290-ı, yəni məzunların 81,7 faizi ali məktəblərə sənəd verib. Sənəd verən məzunların 610-u (26,6 faizi) I ixtisas qrupunu, 617-si (26,9 faizi) II ixtisas qrupunu, 761-i (33,2 faizi) III ixtisas qrupunu, 148-i (6,4 faizi) IV ixtisas qrupunu, 154-ü (6,7 faizi) isə V ixtisas qrupunu seçiblər. Sənəd verən məzunların 1228-i, yəni 53,6 faizini oğlanlar, 1062-si, yəni 46,4 faizini qızlar təşkil edib.

2018-2019-cu tədris ili üçün ali təhsil müəssisələrinə qəbul imtahanlarının birinci mərhələsi – yaz imtahanları artıq başa çatıb. Ali məktəblərə qəbul üçün sənəd verən 1578 məzun, yəni Naxçıvan şəhəri üzrə 333, Şərur rayonu üzrə 283, Babək rayonu üzrə 257, Ordubad rayonu üzrə 159, Culfa rayonu üzrə 191, Şahbuz rayonu üzrə 76, Kəngərli rayonu üzrə 98, Sədərək rayonu üzrə 35, Təhsil Nazirliyinə birbaşa tabe məktəblər üzrə 146 məzun uğurlu nəticə göstərib, 278 məzun 500-700 intervalında, 80 məzun isə 450-500 intervalında bal toplayıb.

500-700 arası bal toplayanlar, əsasən, Heydər Əliyev adına tam orta məktəbin, Naxçıvan Qarnizonunun tam orta məktəbinin, Qızlar Liseyinin, Naxçıvan şəhər 5, 8 və 9 nömrəli, Şərur şəhər 1 və 2 nömrəli, İbadulla kənd tam orta, Ordubad şəhər 1 və 3 nömrəli, internat, Culfa şəhər 3 və Yaycı kənd 1 nömrəli, Şahbuz şəhər 1 nömrəli, Kəngərli rayon Qıvraq qəsəbə və Sədərək kənd 1 nömrəli tam orta məktəblərinin məzunları olublar.

500-700 intervalında bal toplayan məzunlar içərisində kənd məktəbləri məzunlarının xüsusi çəkisi artıb. Məzunları yüksək bal toplamış 110 ümumtəhsil məktəbindən 79-u kənd məktəbidir. Ən yüksək nəticə, Şərur rayonu üzrə Ərəbyengicə, Ordubad rayonu üzrə Gənzə, Şahbuz rayonu üzrə Aşağı Qışlaq, Sədərək rayonu üzrə Sədərək kənd 1 nömrəli tam orta məktəblərin məzunları yaşadıqları rayon üzrə ən yüksək nəticəyə nail olublar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: