Naxçıvanda özümü evimdəki kimi hiss elədim – italiyalı diplomat

164

NUHÇIXAN xəbər verir ki, Naxçıvana ilk dəfə səfər edən İtaliya səfirliyinin missiya rəhbərinin müavini Umberto Boeri jurnalistlərə verdiyi müsahibədə muxtar respublikadakı sabitlikdən danışıb. İtaliyalı qonaq bildirib ki, Naxçıvana ilk dəfə olaraq gəlməsinə baxmayaraq bu qədim və müasir diyar haqqında yetərincə fikirləri var: “Təəssüratlarıma əsasən deyə bilərəm ki, Azərbaycanın bu bölgəsinə ilk dəfə üz tutan insanlar üçün qədim diyarın təsiri inanılmazdır. Təmiz hava, səliqə¬-sahman, qonaqpər¬vərlik, əmin-amanlıq Naxçıvanın cazibəsini daha da artırır. Burada olduğumuz günlərdə daim insanların bizə istiqanlılığı, səmimi münasibəti, mehribançılığı ilə əhatə olunduq. Göstərilən qonaqpərvərlik məni çox məmnun etdi. Xüsusilə yerli restoranların birində yemək yeyərkən italyan musiqisinin səsləndirilməsi ilə sanki özümü ölkəmdə hiss etdim. Bir sözlə, Naxçıvan mədəni zənginliyinə görə çox unikal bir məkandır. Səmimi etiraf edim ki, gələcəkdə vaxtım olarsa, buraya tez-tez gəlməyi ¬düşünürəm”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: