Naxçıvanda ötən ay 248 nəfər işlə təmin edilib

188

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvanda ötən ay məşğulluq mərkəzləri vasitəsilə 248 işaxtaran müxtəlif sahələrdə işlə təmin olunub. Onların 80-i gənc, 77-si qadın, 5-i sağlamlıq imkanları məhdud şəxs, 5-i isə ünvanlı sosial yardım təyini üçün müraciət edənlərdir. Ötən ay 45 nəfər müvəqqəti xarakterli işlərə göndərilib.

Əhalinin məşğulluğunun təmin edilməsi tədbirləri çərçivəsində uzun müddət ünvanlı dövlət sosial yardımı alan 8 aztəminatlı ailəyə fərdi təsərrüfatlarını qurmaq üçün iribuynuzlu mal-qara verilib, kənd xidmət mərkəzlərində fəaliyyət göstərən bərbərxana, qadın gözəllik salonu və dərzi sexlərində 6 bərbər və 1 bərbər-manikürçü işlə təmin edilib. 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: