Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya Naxçıvan Muxtar Respublikasında müəllimlərin dövlət ümumi təhsil müəssisələrinə işə qəbulu üçün müsabiqə elan edib.
NUHÇIXAN xəbər verir ki, müsabiqədə iştirak etmək istəyən şəxslər 17 iyul tarixindən 7 avqust tarixənədək Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın internet saytında (www.dqmk.nmr.az) elektron xidmətlər bölməsinə daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər.
Namizədlər elektron ərizəni təsdiq etmək məqsədilə test imtahanında iştirak üçün 70 manat məbləği Komissiyanın “Naxçıvanbank” ASC-dəki bank hesabına (AZ50NAXB36015000024840000AZN) ödəməli və ödənişə dair qəbzi, şəxsiyyət vəsiqəsinin, ali və ya orta ixtisas təhsili müəssisəsini bitirmə haqqında sənədin (diplomun) surətini Komissiyaya təqdim etməlidirlər.
Elektron ərizələrin təsdiqi həftənin iş günləri saat 9:00-dan 12:30-a və 14:00-dan 17:30-dək həyata keçirilir.
Namizəd bir neçə vakant vəzifənin tutulması üçün müraciət edə bilər.
Maraqlananlar Komissiyanın (036)545-65-71 nömrəli əlaqə telefonu və ya [email protected] elektron poçt ünvanı vasitəsilə ətraflı məlumat əldə edə bilərlər.