Naxçıvanda məktəbli yarmarkası davam edir

193

Naxçıvan şəhərinin Xətai küçəsindəki mərkəzi bazarda təşkil olunan  məktəbli yarmarkası davam edir. NUHÇIXAN-ın məlumatına görə  3-ü istehsal müəssisəsi olmaqla, 20 sahibkarlıq subyektinin iştirak etdiyi məktəbli yarmakasında dərs ləvazimtları, məktəbli formaları, çantaları və başqa ləvazimatlar alıcılara təklif olunur.  Burada ayrı-ayrı fənnlər üzrə əyani vəsaitlərin satışı üçün də geniş yer ayrılıb. Satılan lüğət və digər nəşrlərə, dünya uşaq ədəbiyyatı nümunələrinə, bədii və elmi ədəbiyyata alıcı marağı var. Satış yerlərinin hər birində məhsulların çeşid zənginliyi, keyfiyyəti, satış qiymətlərinin əlverişli olması, xidmətin təşkili alıcılar tərəfindən razılıqla qarşılanır. Naxçıvan şəhərində olduğu kimi rayonlarda da müəllim və şagirdlərin ehtiyaclarını ödəmək üçün məktəbli yarmarkaları təşkil olunub.

Qeyd edək ki, son illər məktəblilərin keyfiyyətli geyim formaları, məktəbli ləvazimatları və çantaları ilə təmin edilməsi məqsədilə keçirilən bu cür yarmarkalar valideynlər tərəfindən  yüksək qiymətləndirilir. Yarmarkada valideynlər övladlarına lazım olan ləvazimatları almaq üçün heç bir problemlə üzləşmirlər. Üstəlik qiymətlər də digər ticarət obyektlərində satlan ləvazimatların qiymətlərindən ucuz olur.

Məlumat üçün qeyd edək ki, məktəbli yarmarkaları sentyabrın 16-dək davam edəcək və  hər gün saat 9-dan 14-dək əhaliyə xidmət göstərəcəkdir.

Röyal Kərimov

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: