Naxçıvanda Lev Tolstoyla bağlı kitab nəşr olunub

121

NUHÇIXAN xəbər verir ki, rus ədəbiyyatı klassiklərinin sırasında dahilik ünvanı qazanmış Lev Nikolayeviç Tolstoyun həyatı və yaradıcılığı ilə bağlı Naxçıvanda yeni kitab çapdan çıxıb. Tədqiqatçı Reyhan Mirzəzadənin qələmindən çıxan “Zəka məşəli” adlı kitab “Əcəmi” Nəşriyyat Poliqrafiya Birliyində nəşr edilib.

Həmişə və hər yerdə böyük iftixar və məhəbbətlə adı çəkilən  bu nəhəng söz ustasının – Lev Nikolayeviç Tolstoyun yaratdığı əsərlərin bir çoxu təkcə rus xalqının deyil, dünyanın bütün mədəni və tərəqqipərvər xalqlarının sərvətidir.  Hələ sağlığında dünya şöhrəti qazanan sənətkar öz ölməz əsərləri ilə insanlara azadlıq və xoşbəxtlik arzulayıb, zülmə, haqsızlığa, qeyri-bərabərlik və insan hüquqlarının tapdalanmasına dözməyib. Buna qarşı əsərlərində  daim  mübarizə aparıb. O Qafqazın və burada yaşayan xalqların, o cümlədən Azərbaycan türklərinin də vurğunu olub. Kitabda bu haqda geniş bəhs edilir. Həmçinin Lev Tolstoyun Qafqazda zabit kimi qulluq etdiyi vaxtlarda yazdığı məşhur əsərlər- “Qafqaz əsiri”, “Kazaklar”, azərbaycanlı qəhrəmanın həyatından bəhs edən  “Hacı Murad”la bağlı maraqlı məqamlar, insanların xatirələri yer alıb.

Geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitabda Azərbaycan və rus ziyalılarının yazıçı ilə bağlı fikirləri və onun  həyatını əks etdirən  şəkil və fotolar yer alıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: