Naxçıvanda kənd təsərrüfatına ayrılan kreditlər bu sahənin inkişafına təkan verir

140

Şərur rayonunun Çərçiboğan kəndində yaradılan istixana kompleksinin sahibkarı Abdulla Adıgözəlov da Sahibkarlığa Kömək Fondundan aldığı kredit hesabına istixananın sahəsini genişləndirir.

Naxcivantv.az xəbər verir ki,  sahibkar Sahibkarlığa Kömək Fondundan aldığı 50 min manat kredit hesabına istixananın sahəsini genişləndirməyə başlayıb. İstixana kompleksi genişləndirildikdən sonra  3 min 500 kvadrat metrdən çox ərazini əhatə edəcək. İldə burda 100 tondan çox məhsul istehsal olunması planlaşdırılır. İstixanada yetişdirilən məhsullar isə Naxçıvan bazarları ilə yanaşı paytaxt Bakı və Türkiyə Respublikasına da göndərilir.

İstehsalat müdiri  Röyal Həsənov bildirib ki, 2017-ci ilin oktyabrında Türkiyə Respublikası hökumətinin qəbul etdiyi qərara əsasən Türkiyəyə ixracatda Naxçıvan Muxtar Respublikasında istehsal edilən sənaye və kənd təsərrüfatı məhsullarına sərbəst ticarət imkanının verilməsi bizim də məhsullarımızın xaricə çıxarılması baxımından mühüm əhəmiyyət kəsb edəcək.

Qeyd edək ki, təsərrüfatda istixana kompleksi ilə yanaşı 7,5 hektar ərazidə yeni ərik, gavalı, heyva və üzüm bağı salınıb. Cari ildə isə  2,5 hektar ərazidə yerli sortlardan ibarət şaftalı bağının salınmasını  nəzərdə tutulub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: