Naxçıvanda “Hünər” XII Vətənpərvərlik Mahnıları Festivalının seçim mərhələsi başlayır

200

NUHÇIXAN xəbər verir ki, 10 iyul 2018-ci il tarixdə, saat 11:00-da “Hünər” XII Vətənpərvərlik Mahnıları Festivalının seçim mərhələsi keçiriləcək. Müsabiqədə iştirak edəcək gənclər final mərhələsinə Bakı şəhərindən dəvət olunmuş münsiflər heyətinin üzvləri tərəfindən seçiləcək. Qeyd edək ki, münsiflər heyətində Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Azərbaycan Respublikasının Xalq artisti Mübariz Tağıyev, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü Eldar Mansurov, Azərbaycan Respublikanın əməkdar incəsənət xadimi, Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü, “Humay” mükafatı laureatçısı Baba Vəziroğlu yer alıb.  Festivalın seçim mərhələsində ifaçı kimi iştirak etmək istəyən istedadlı gənclər iyulun 10-da  saat 09:30-da Gənclik Mərkəzində olmalıdır. Həmçinin istedadlı gənclərə dəstək olmaq üçün hər kəs  Gənclik Mərkəzinə dəvət edilir. Konsertə giriş ödənişsizdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: