Naxçıvanda futbol üzrə şəhər və rayon birinciliklərinə start verilib

257

Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi, şəhər və rayon Gənclər və İdman idarələrinin təşkilatçılığı ilə gənclərdən ibarət kənd komandaları arasında futbol üzrə şəhər və rayon birinciliyinə start verilib.

NUHÇIXAN xəbər verir ki, sentyabr ayının 8-dək hər həftənin şənbə günü oynanılacaq oyunlar Olimpiya sistemi üzrə keçiriləcək. Şəhər və rayon üzrə birincilik uğrunda Naxçıvan şəhərindən 5, Şərur rayonundan 13, Babək rayonundan 8, Ordubad rayonundan 8, Culfa rayonundan 8, Kəngərli rayonundan 6, Şahbuz rayonundan 9, Sədərək rayonundan isə 4 olmaqla, ümumilikdə, 61 kəndin futbol komandası yarışacaq.

Artıq birinciliyin ilk oyunları keçirilib. Belə ki, Naxçıvan şəhəri üzrə Qaraçuq komandası Tumbul (10:1), Şərur rayonu üzrə Mahmudkənd komandası Oğlanqala (8:1), Babək rayonu üzrə Kərimbəyli komandası Qahab (3:2), Culfa rayonu üzrə Ərəzin komandası Bənəniyar (7:3), Ordubad rayonu üzrə Sabirkənd komandası Dəstə (3:2), Şahbuz rayonu üzrə Badamlı komandası Şahbuz (6:2), Sədərək rayonu üzrə Sədərək komandası Heydərabad komandaları (4:1) üzərində qələbə qazanaraq növbəti mərhələyə yüksəliblər.

Qeyd edək ki, şəhər və rayonlar üzrə I, II, III yerləri tutmuş komandalar və oyunu idarə edən hakimlər Gənclər və İdman Nazirliyi tərəfindən mükafatlandırılacaqlar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: