Naxçıvanda forum keçirilib

341

“Naxçıvan” Univerisitetində “İslam dəyərləri: ramazan və qurban bayramları” mövzusunda elmi forum keçirilib.

NUHÇIXAN-ın məlumatına görə, forumda vurğulanıb ki, Naxçıvan şəhəri 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan olunub. Bununla bağlı Naxçıvanda mühüm tədbirlər həyata keçirilib. Belə ki, “İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan-2018” loqotipi,  üzərində loqotip əks olunmuş döş nişanları, müxtəlif konfransların materialları, Naxçıvandakı türk islam mədəniyyəti abidələri ilə bağlı kitablar, “İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan- 2018” loqotipinin tanıtım videoçarxı, televiziya filmləri və s. hazırlanıb.  Sonra “İslam dininin milli-mənəvi dəyərlərimizdən olan bayramlarımıza verdiyi dəyər”  “Qurban bayramının əhəmiyyəti” “İslam həmrəyliyinin dini bayramlarımızda təzahürü”  “Naxçıvan alimlərinin əsərlərində Ramazan və Qurban bayramlarına verilən dəyərlər”, “Ramazan bayramının cəmiyyət üçün faydaları” mövzularındakı çıxışlar dinlənilib.

Forumda “Naxçıvan” Universitetinin “Dinşünaslıq” ixtisasının tələbələrinin sualları da cavablandırılıb.

                                                    Əbülfəz Dünyamalıyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: