Naxçıvanda dekorativ tətbiqi sənət sərgisi açılıb

193

Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı seçilməsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası  Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına sərgi salonunda dekorativ tətbiqi sənət sərgisi açılıb. Sərgidə ağac üzərində oyma, vitrajlar, dəmir üzərində döymə, duz üzərində oyma, bədii xalçalar, müxtəlif maketlər, loqolar və digər nümunələrdən ibarət 100-ə yaxın dekorativ tətbiqi sənət əsəri nümayiş etdirilir. Bu dəfə  Naxçıvanın peşəkar rəssamlarının əsərləri ilə yanaşı, tələbələrin də əl işləri sənətsevərlərə təqdim olunur. 

Tədbirdə həmçinin Türkiyənin Naxçıvandakı baş konsulu Mehmet Emin Kiraz, İran İslam Respublikasının Naxçıvandakı baş konsulu Mənsur Ayrom    digər çıxış edənlər qeyd ediblər ki, bu gün Naxçıvanın rəssamları bütün dünyada özünə layiqli yer tutub. Onların əsərləri həm də qardaş Türkiyədə, həm də İranda  bəyənilir və sevilir.

Sərgi zamanı Əməkdar rəssam Səyyad Bayramova 60 illik yubileyi münasibətilə xüsusi diplom təqdim olunub. Digər iştirakçılara isə Rəssamlar Birliyinin  diplomları verilib.

Sonra dekorativ tətbiqi sənət sərgisinə baxış olub. Sərgi noyabr ayının 9-dək davam edəcək.

                             

                                                                                               Turab Hacızadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: