Naxçıvanda daha bir bəbir ailəsi görüntülənib

1. 694

AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutu tərəfindən muxtar respublikanın qoruq və yasaqlıqlarında fototələlər quraşdırılaraq zəngin fauna növlərinin müşahidələri aparılır. NUHÇIXAN xəbər verir ki, bu yaxınlarda Kotamdağın ətəyində yeni bəbir ailəsi görüntülənib və tototələlərlə aparılan müşahidələr zamanı burada bəbirlərin yaşadığı məlum olub. Bundan əvvəl akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkının Soyuqdağ ərazisində və Babək rayonunun Dərəşam adlanan sahəsində aparılan tədqiqatlar nəticəsində də bəbir ailəsi aşkar edilmişdi.

Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbovun fikrincə tropik və subtropik qurşaqların tipik nümayəndəsi olan bəbirlərin milli parkın ərazisində yayılması həmin ərazilərdə yem ehtiyatının olmasından qaynaqlanır.

Nadir növ kimi bəbir Azərbaycanın və ümumdünya təbiəti mühafizə ittifaqının qırmızı kitabına daxil edilib. Bəbirlərin qorunub saxlanılmasının əsas yollarından biri onun yem bazasının olmasıdır. Muxtar respublikada ova qadağaların qoyulması təbiətimizdə olan muflonların və bezoar keçilərinin sayının artmasına və ərazilərimizdə dünyanın nadir incilərindən olan bəbirlərin yaşamasına və çoxalmasına səbəb olub.  Bu baxımdan xüsusi nühafizə olunan təbiət ərazilərinin rolu danılmazdır.

Xanım Rüstəmzadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: