Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin təşkilatçılığı ilə İstedad XXI əsr MMC tərəfindən bu gün Naxçıvan Qızlar Liseyinə və Şərur şəhərindəki Fizika-Riyaziyyat Təmayüllü Liseyə qəbul imtahanı keçirilib.
Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, imtahan 10:00-da başlayıb və 12:30-dək davam edib.
İmtahanda Qızlar Liseyinə sənəd verən 213 şagirdən 209-u, Fizika-Riyaziyyat Təmayüllü Liseyə sənəd verən 285 şagirddən isə 279-u iştirak edib.
Qızlar Liseyində oxumaq istəyən şagirdlərə Azərbaycan dili, riyaziyyat və məntiqdən 70, Fizika-Riyaziyyat Təmayüllü Liseyə imtahan verən şagirdlərə isə Azərbaycan dili, riyaziyyat,tarix, biologiya, fizika, coğrafiya və ingilis dilindən 100 qapalı test təqdim olunub.
Hər iki liseyə ən çox bal toplayan 60 şagird qəbul olunacaq.