Naxçıvanda brayl kitabxana fondunda 1190 kitab var

205

NUHÇIXAN xəbər verir ki, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində  hərəkət qabiliyyətinin məhdudluğu üzündən ümumtəhsil məktəblərə gedə bilməyən uşaqlar üçün Distant Tədris Mərkəzi yaradılıb, onların dərslərə cəlbi təşkil olunub. Görmə məhdudiyyəti olan şəxslərin informasiya texnologiyalarının imkanlarından  istifadələri üçün lazimi şərait yaradılıb. Bu kateqoriyadan olan şəxslər üçün brayl əlifbasının tədrisi üzrə kurslar təşkil edilir, aylıq brayl jurnalı çap olunur.  Müəssisədə  audio və elektron kitabxana xidməti göstərir. Hazırda audio kitabxana fondunda 1355, elektron kitabxana fondunda 773, brayl kitabxana fondunda isə 1190 kitab oxucuların ixtiyarına verilib.

2017-2018-ci tədris ilində görmə qabiliyyəti məhdud uşaqlar  barədə Görmə Qabiliyyəti Məhdud Uşaqlar üçün Xüsusi İbtadi Məktəbə təqdim edilib, 3 uşaq məktəbin 1-ci sinfinə qəbul olunub. Tədrisə cəlb edilən aztəminatlı sağlamlıq imkanları məhdud 282 şagirdə  məktəbli geyimi və ləvazimatları, eləcə də qış geyimi verilib.

Röyal Kərimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: