Naxçıvanda Beynəlxalq Şahmat Festivalında blits-turnirin qalibləri müəyyənləşib

71

Mayın 6-da Naxçıvan Şahmat Mərkəzində Beynəlxalq Şahmat Festivalının iştirakçıları arasında blits-turnir keçirilib.

NUHÇIXAN xəbər verir ki, turnirdə 52 şahmatçı birincilik uğrunda mübarizə aparıb.

Ümumi mükafat fondu 2 min ABŞ dolları olan yarışda İran qrossmeysteri Ehsan Qaem Məqami qalib gəlib. Ukraynalı qrossmeyster Anton Korobov ikinci, qazaxıstanlı beynəlxalq usta Yevgeni Pak isə yarışı üçüncü pillələrdə başa vurublar.

Qaliblərə pul mükafatları təqdim olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: