Naxçıvanda beynəlxalq layihənin açılışı olub

880

NUHÇIXAN xəbər verir ki, “Azərbaycanla Yerdəyişmə üzrə Tərəfdaşlığın həyata keçirilməsinə dəstək” layihəsinin  açılışı olub. Bununla əlaqədar  Naxçıvan şəhərindəki Təbriz oteldə “Sərhəd nəzarət məntəqələrində  profilin yaradılması və şəxsiyyətin müəyyənləşdirilməsi” mövzusunda  təlim keçirilib.  Təlimdə Dövlət Sərhəd Xidmətinin və Dövlət Miqrasiya Xidmətinin əməkdaşları, Niderland və Çex Respublikasından gələn Beynəlxalq Ekspertlər iştirak ediblər.

Naxçıvan Əlahiddə Sərhəd Diviziyasının sərhəd nəzarət bölməsinin rəisi Əhməd Abbasov və Dövlət Miqrasiya Xidmətinin şöbə rəisi Kənan Məmmədov bildiriblər ki, Avropa İttifaqı və Azərbaycan arasında  imzalanmış  Yerdəyişmə üzrə Tərəfdaşlıq çərçivəsində həyata keçirilən və  Avropa İttifaqı tərəfindən maliyyələşdirilən layihənin  məqsədi nizamlı  miqrasiya idarəçiliyini gücləndirməklə yerdəyişmə üzrə tərəfdaşlığı imzalayan  iştirakçı ölkələr arasında  birbaşa  mübadilə üçün  möhkəm zəmin və real imkanlar yaratmaqdır.

Qeyd olunub ki, layihənin xüsusi məqsədi  Azərbaycan hökumətinin Miqrasiya sahəsindəki monitorinq, təhlil və proqnozlaşdırma potensialını,  Avropa İttifaqı və Azərbaycan arasında  yerdəyişməyə dair ictimai məlumatlılığı artırmaqdır.

Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin əlaqələndiricisi Radim Jak qeyd edib ki, təlim zamanı iştirakçılar  nəinki nəzəri bilik əldə edəcək, həmçinin  gündəlik praktikada tətbiq etmək üçün onlara  bəzi  məsləhətlər də veriləcək.  Layihə iki gün davam edəcək.

                                                                                          Cavid Səfərli

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: