Naxçıvanda bayram atəşfəşanlığı olub - FOTOLAR
Ötən illərdə olduğu kimi, bu il də Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı Naxçıvan Muxtar Respublikasında yüksək coşqunluq və bayram gəzintisi şəraitində qeyd edilib.
NUHÇIXAN xəbər verir ki, Naxçıvan şəhərinin Heydər Əliyev prospektindəki mərkəzi meydanda bir neçə gün əvvəldən bayramların gəlişi münasibətilə yolka bəzədilib. Şaxta baba və Qar qız, nağıl qəhrəmanları şəhər sakinlərinə xoş ovqat bəxş edirlər.
Bu gün axşam saatlarından başlayaraq Naxçıvan şəhərinin əhalisi yenə də bayram əhval-ruhiyyəsi ilə meydana toplanıb. Gecə saatlarında – yeni ilin ilk nəfəsi duyulanda şəhər sakinləri möhtəşəm bayram atəşfəşanlığını seyr ediblər.