Naxçıvanda “Avropa Günləri”nə start verilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, bu il Naxçıvan şəhərinin Azərbaycanın “Gənclər Paytaxtı” seçilməsi münasibətilə şəhərimizdə keçirilən “Avropa Günləri” ilə bağlı tədbirlərə bu gündən start verilib. “Avropa Günləri” çərçivəsində qonaqlar Naxçıvanla tanış olurlar. Bolqarıstan, Niderland Krallığı, Danimarka, Fransa və Çex iya Respublikasından olan qonaqlar bu gün Naxçıvan Dövlət Xalça Muzeyi, Mömünə Xatın və Açıq Səma Altında Muzey Kompleksində olublar.