Naxçıvanda “Allahın gözəl adları” adlı fərdi yaradıcılıq sərgisi keçiriləcək

313

NUHÇIXAN xəbər verir ki, iyulun 6-sı saat 11:00-da Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına sərgi salonunda  “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” mədəniyyət ilinə həsr olunmuş görkəmli “Ebru” ustası,Türkiyə Böyük Millət Məclisinin sənət üzrə müşaviri Hikmət Barutçugilin əsərlərindən ibarət  “Allahın gözəl adları” adlı fərdi yaradıcılıq sərgisi keçiriləcək. Ekspozisiyada rəssamın 47 ebru üzərində xətt sənətinin ahəngdar nümunələri sərgilənəcək. Ebruda “Esma-i Hüsna” adlı bu sərgi ilk öncə Türkiyənin bir çox şəhərlərində və  Naxçıvan Muxtar Respublikasından başlayaraq Azərbaycanın digər bölgələrində nümayiş olunacaq.

Ekspozisiya, növbəti sərgiyədək davam edəcəkdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: