Naxçıvanda “Ailə təsərrüfatı məhsulları” festivalı keçiriləcək - VİDEO

557

NUHÇIXAN xəbər verir ki, noyabrın 10-u və 11-də Naxçıvanqalada  keçirilən “Ailə təsərrüfatı məhsulları”  festivalının açılışı noyabrın 10-u saat 11:00-da olacaq.

Öz ətri və dadı ilə seçilən meyvələri, cəvizi, badamı, xüsusi zövqlə hazırlanan pendiri, qaymağı, xaması, yağı, məşhur qovurması, ana təbiətin bəxş etdiyi qızılgül, limon ətirli kəklikotusu, dərman bitkiləri və yabanı giləmeyvələri tarixən Naxçıvana şöhrət gətirmişdir.

Ənənəvi keçirilən “Ailə təsərrüfatı məhsulları” festivalında təbii Naxçıvan nemətləri əhaliyə təklif ediləcək.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: