Naxçıvanda “Ailə təsərrüfatı məhsulları” festivalı keçiriləcək - VİDEO
NUHÇIXAN xəbər verir ki, noyabrın 10-u və 11-də Naxçıvanqalada keçirilən “Ailə təsərrüfatı məhsulları” festivalının açılışı noyabrın 10-u saat 11:00-da olacaq.
Öz ətri və dadı ilə seçilən meyvələri, cəvizi, badamı, xüsusi zövqlə hazırlanan pendiri, qaymağı, xaması, yağı, məşhur qovurması, ana təbiətin bəxş etdiyi qızılgül, limon ətirli kəklikotusu, dərman bitkiləri və yabanı giləmeyvələri tarixən Naxçıvana şöhrət gətirmişdir.
Ənənəvi keçirilən “Ailə təsərrüfatı məhsulları” festivalında təbii Naxçıvan nemətləri əhaliyə təklif ediləcək.