Naxçıvanda “Ailə təsərrüfatı məhsulları” festivalı başa çatıb

188

“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən və iki gün davam edən II “Ailə təsərrüfatı məhsulları” festivalı noyabrın 11-də başa çatıb.

NUHÇIXAN xəbər verir ki, həmin gün festival iştirakçıları arasında “Ən yaxşı məhsul” nominasiyası üzrə keçirilən müsabiqənin qalibləri  mükafatlandırılıb.

Müsabiqədə I yerə Şərur rayon Çərçiboğan kənd sakini Muqbil Zamanov,  Culfa rayon Kırna kənd sakini Çiçək Bayramova, Şahbuz rayon Biçənək kənd sakini Abbas Hacıyev layiq görülüblər.

Münsiflər heyətinin qərarı ilə II yerOrdubad rayon Vənənd kənd sakini Mustafa Qədimov, Babək rayon Nehrəm kənd sakini Tofiq Abutalıbov, Kəngərli rayon Qarabağlar kənd sakini Pakizə İsmayılovaya verilib.

“Ailə təsərrüfatı məhsulları” festivalında  III yerin sahibləri isə Sədərək rayon sakini Mehparə Hüseynova, Naxçıvan şəhər sakini Mübariz Mirzəyev, Şərur rayon Cəlilkənd sakini Sərxan Qasımzadə olub. Qaliblərə diplomlar təqdim olunub. Festivalda Naxçıvan Dövlət Filarmoniyasının kollektivi mahnı və rəqslərdən ibarət konsert proqramı ilə çıxış edib.

“Ailə təsərrüfatı məhsulları” festivalına muxtar respublikanın bütün rayonlarından olan 319 ailə təsərrüfatı tərəfindən 418 növdə müxtəlif çeşiddə 23 mindən çox qablaşdırılmış məhsul çıxarılıb. Naxçıvan qovurması, müxtəlif növ mürəbbə və şirniyyatlar, Nehrəm pendiri, qatığı, Ordubad alanası, sucuğu, Sədərək çörəyi, Şahbuz qaymağı və xaması, Qıvraq badamı, eləcə də lavaşalar, turşular, meyvə şirələri, Naxçıvan təbiətinin nemətlərindən olan dərman bitkiləri festival iştirakçılarına təqdim olunub.

Festivala çıxarılan məhsullardan artıq qalanı isə “Naxçıvan Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təsərrüfat sahiblərindən alınıb.

Turab Hacızadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: