Naxçıvanda 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsi keçirilib

122

Martın 4-də  Dövlət İmtahan Mərkəzi (DİM) Bakı, Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikasının ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsini keçirib.

DİM mətbuat xidmətindən naxcivantv.az-a verilən məlumata görə, bu gün ümumilikdə 36846 şagirdin imtahan verəcəyi nəzərdə tutulub.

İmtahan saat 11:00-da başlayıb və 2 saat müddətində aparılıb. İnşa yazan şagirdlərə test tapşırıqlarını cavablandırmaq üçün ayrılmış 2 saatlıq müddət qurtardıqdan sonra 30 dəqiqə əlavə vaxt verilib.

IX sinif şagirdlərinin buraxılış imtahanlarının birinci mərhələsinin keçirilməsi üçün qeyd olunan şəhər və rayonlarda ümumilikdə 80 imtahan mərkəzi ayrılıb. İmtahanda  Naxçıvan Muxtar Respublikasında 3499  IX sinif şagirdinin iştirakı nəzərdə tutulub.

İmtahan muxtar respublikanın bütün bölgələrini əhatə etməklə 12 binada keçirilib. İmtahanın keçirilməsi üçün hamısı muxtar respublikadan olmaqla 334 nəzarətçi, 26 imtahan rəhbəri cəlb olunub. İmtahan prosesi tam təlimata uyğun aparılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: