Naxçıvanda  40 minə yaxın yeni iş yeri açılıb

454

Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın stimullaşdırılması və yeni iş yerlərinin yaradılması istiqamətində müvafiq tədbirlər həyata keçirilib.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, həyata keçirilən tədbirlər nəticəsində 2008-ci ilin iyulun 1-dən bu günədək muxtar respublikada 39 min 319 yeni iş yeri açılıb. Bunun  88,8 faizi daimi iş yerləridir. Son on ildə muxtar respublikada açılan  34 min 933 daimi iş yerinin 1499-u yeni yaradılıb. 11 mindən artıq mövcud, 46-sı  fəaliyyəti bərpa edilən müəssisə və təşkilatlarda, 22 minə yaxını isə  fiziki şəxslərdə yaradılıb. Açılmış ümumi yeni iş yerlərinin 46,5 faizi Naxçıvan şəhərinin, 15,3 faizi Şərur, 11,9 faizi Babək, 6,7 faizi Ordubad, 8,5 faizi Culfa, 4,1 faizi Kəngərli, 4,5 faizi Şahbuz, 2,5 faizi isə Sədərək rayonlarının payına düşüb.Təkcə 2018-ci ilin birinci yarımilində muxtar respublikada 1364 yeni iş yeri yaradılıb. Bunun da 98,3 faizi daimi iş yerlərinin payına düşür. Həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, 2018-ci ilin birinci yarımilində məşğul əhalinin sayı 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,3 dəfə artaraq 236,4 min nəfərə çatmışdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: