Naxçıvanda 2151 nəfər nigahdan əvvəl tibbi müayinədən keçib

272

NUHÇIXAN xəbər verir ki, bu ilin ötən dövrü ərzində Naxçıvan Muxtar Respublikasında 2151 nəfər nigahdan əvvəl tibbi müayinələrdən keçib.

Müayinələrdən sonra ailə quracaq gənclər daşıyıcısı olduqları xəstəliklər, eləcə də dünyaya gələcək körpələrinin sağlamlığı haqqında ilkin məlumatlar əldə edirlər.

Əvvəl nikaha daxil  olan cütlüklər qan və yoluxucu xəstəliklər üzrə müayinələrdən keçirdilər. Artıq ötən ildən başlayaraq muxtar respublikada ailə qurmaq istəyən gənclər Hepatit B və Hepatit C virus xəstəliyinə qarşı da tibbi müayinələrdən keçirlər.

QİÇS-lə mübarizə şöbəsinin müdiri Hüseyn Kərimov deyir ki, Hebatit B və Hebatit C-nin vaxtında müalicəsi və yaxud qarşı tərəflərin peyvənd olunması, gələcəkdə uşaqların sağlamlığına da zəmin yaradır.

Nigaha daxil olan cütlüklərin tibbi müayinəsi, habelə tibbi-genetik, tibbi-psixoloji və onlara ailənin planlaşdırılması məsələləri üzrə məsləhət verilməsi pulsuz həyata keçirilir.

Qeyd edək ki, nigaha daxil olan şəxslərin müayinələrinin nəticələri tibbi sirdir və müayinənin nəticəsi şəxsin icazəsi olmadan qarşı tərəfə açıqlanmır.

 Aparılan tədbirlər sağlam ailənin formalaşmasına, bir çox xəstəliklərin qarşısının alınmasına müsbət təsir göstərir. Bütün bunlar eyni zamanda sağlam övladların dünyaya gəlməsinə də lazımi şərait yaradır.

Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: