Naxçıvanda 21 tələbə təhsil haqqından azad olunub

571

NUHÇIXAN xəbər verir ki, Gənclər Mərkəzində təhsil xərclərinin qarşılanması üçün müsabiqə şərtlərini ödəyərək qalib olan tələbələrlə görüş keçirilib. 

Tədbirdə vurğulanıb ki, Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən təhsil haqqını ödəməkdə çətinlik çəkən istedadlı tələbələrin təhsil xərclərinin müsabiqə əsasında qarşılanması üçün elan olunan ərizə qəbulu başa çatıb. Muxtar respublika üzrə müraciət edən 140 tələb36ədən 21-i müsabiqə şərtlərinə uyğun hesab edilib. Həmin gənclərin təhsil haqları Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən ödəniləcək. Tələbələrdən 18-i Naxçıvan Dövlət Univerisitetinin, 2-si “Naxçıvan” Universitetinin, 1-i isə Naxçıvan Müəllimlər İnstitutunun tələbəsidir. 

Sonra tələbələr Azərbaycan Respublikasının Gənclər Fondu ilə qarşılıqlı məhsuliyyətləri əks etdirən müqavilələri imzalayıblar. 

                                                                                       Röyal Kərimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: