Naxçıvanda 18 aztəminatlı ailəyə köməklik göstərilib

558

NUHÇIXAN xəbər verir ki, “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun  artırılması üzrə  Dövlət Proqramı”nın icrasına uyğun olaraq Şərur, Babək, Ordubad, Culfa və Sədərək rayonları üzrə ümumilikdə 18 aztəminatlı ailəyə köməklik göstərilib. Həmin ailələrdən 17-nə yanında balası olan iribuynuzlu heyvan, 1-nə isə yanında balası olan 10 baş  xırdabuynuzlu heyvan verilib.

Köməklik edilən aztəminatlı vətəndaşlar Culfa rayonunun Camaldın kənd sakini  Bəxtiyar Məhərrəmov, Şərur rayonunun Yengicə kənd sakini Həsən Cəfərov, Şərur rayonunun Danyeri kənd sakini Kimya Babayevaya və Culfa rayonunun Yayıcı kənd sakini Gülbəniz Kərimova qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.

Muxtar respublikada bu günə qədər 102 aztəminatlı  ailəyə köməklik göstərilib.

Gülməmməd Əliyev

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: