Naxçıvanda 15 aztəminatlı ailəyə köməklik göstərilib

412

NUHÇIXAN xəbər verir ki, muxtar respublikanın Şərur, Babək, Ordubad və Sədərək rayonlarında  ümumilikdə 15 aztəminatlı ailəyə  yanında balası olan 14 iribuynuzlu və 10 xırdabuynuzlu mal-qara verilib. Ailə üzvlərinə onlara verilən mal-qara ilə bağlı sənədlər təqdim olunub. Bu addım Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq  ailə əməyinə əsaslanan fərdi təsərrüfatların yaradılmasına  köməklik göstərilməsi məqsədilə atılıb. Ümumiyyətlə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən  2018-ci ilin 9 ayı ərzində 95 aztəminatlı ailənin özünüməşğulluğunun təmin edilməsi üçün müvafiq  köməklik göstərilib.

Cavid Səfərli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: