Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin VII sinif şagirdi Nicat Əsədlinin yeni kitabı çap olunub.Mütaliə həvəskarı olan Nicat oxuduğu kitablara rəylər yazıb və onları kitab halında nəşr etdirib.
NUHÇIXAN xəbər verir ki, Nicat Əsədlinin “Sevimli dostlarım-kitablar” adlı ilk kitabı “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi tərəfindən nəşr olunub. Kitabda yeniyetmənin son iki-üç ildə oxuduğu 70-dən artıq əsərin 67-si haqqında rəyləri və esseləri toplanıb. Həmçinin o, əsərlərin müəllifləri haqqında da qısa məlumat yazıb.
Kitabda Aleksandr Belyayevin “Professor Douelin başı”, Aleksandr Dumanın “Üç muşkatyor”, Aqata Kristinin “Mavi qatarın sirri”, Çingiz Abdullayevin “Xəzinədar”, Hüseyn Cavidin “Ana”, Lev Tolstoyun “Hacı Murad”, Süleyman Sani Axundovun “Abbas və Zeynəb” , Viktor Hüqonun “Paris Notr-Dam kilsəsi” və sair əsərlər barədə maraqli fikirlər yazan məktəbli Nicat Əsədli bununla həmyaşıdlarını da oxumağa ruhlandırır.
Hafizə Əliyeva
NTV xəbər