Muxtar respublikada 2018-ci ilin yanvar-iyul aylarında 1 milyard 505 milyon 444 min 900 manatlıq ümumi daxili məhsul istehsal olunub. Bu 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,5 faiz çoxdur. Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,4 faiz artaraq 3318 manatı ötüb.
Muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Bu dövrdə sənaye üzrə 621 milyon 450 min manat dəyərində məhsul istehsal edilib. Bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,6 faiz çoxdur.