Naxçıvanda əkin dövriyyəsinə yeni torpaqlar əlavə edilib

200

Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsindən NUHÇIXAN-a verilən məlumata görə, mütəxəssislər tərəfindən muxtar respublika üzrə meyvəçiliyin inkişafı və yeni meyvə bağlarının salınması üçün yararlı, lakin istifadə olunmayan ərazilər müəyyənləşdirilib.

Şərur rayonunda 222, Babək rayonunda 124, Culfa rayonunda 315, Ordubad rayonunda 183, Şahbuz rayonunda 93, Sədərək rayonunda 91, Kəngərli rayonunda 617, Naxçıvan şəhərində isə 47 hektar olmaqla, ümumilikdə, 1692 hektar dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahəsi plana alınıb, meyvə və tərəvəzçiliyin inkişaf etdirilməsi məqsədilə əkin dövriyyəsinə daxil edilib. Bundan başqa Naxçıvan şəhəri üzrə dövlət ehtiyat fondu torpaqlarında 25, qış otlaq sahələrində isə 177, cəmi 202 hektar; Babək rayonu üzrə dövlət ehtiyat fondu torpaqlarında 277, qış otlaq sahələrində 184 hektar olmaqla 461 hektar; Kəngərli rayonu üzrə dövlət ehtiyat fondu torpaqlarında 996, qış otlaq sahələrində 1030 hektar olmaqla 2026 hektar əkinəyararlı torpaq sahəsi xəritələşdirilərək əkin dövriyyəsinə cəlb olunub.

Torpaq ehtiyatlarından səmərəli istifadə ilə bağlı dövlətin qarşıya qoyduğu vəzifələrin icrası üçün muxtar respublikanın bütün şəhər və rayonlarında yerli icra orqanları, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin iştirakı ilə torpaqlardan qanunsuz istifadə hallarının aradan qaldırılması və düzgün istifadəsi ilə bağlı maarifləndirici tədbirlər təşkil olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: