Naxçıvançayın Şahbuz rayonu ərazisində monitorinqlər aparılıb

284

NUHÇIXAN xəbər verir ki, bir neçə qurumun cəlb olunduğu monitorinqlərə Şahbuz şəhər su təmizləyici qurğular kompleksindən başlanılıb. Kompleksdən nümunələr götürülərək səyyari analizlər aparılıb. Yoxlama zamanı suyun tərkibindəki  hidrogenin  və həll olunmuş  oksigenin miqdarı, elektrik keçiriciliyi, digər parametrlər yoxlanıb və sudakı bütün göstəricilər müsbət qiymətləndirilib. Monitorinqlər Naxçıvançayın rayon ərazisindən keçən hissəsində  də davam etdirilib.

Monitorinqlər  zamanı  Şahbuz Rayon Mərkəzi Xəstəxanasında tibbi tullantıların  idarə olunması,  ekoloji və  sanitar qaydaların vəziyyəti araşdırılıb. Naxçıvançayın Şahbuz şəhəri, Daylaqlı və Kiçikoba kəndlərindən keçən hissəsində sakinlər tərəfindən çaya məişət tullantılarının atılması aşkar olunub. Məişət tullantılarının atılmasının qarşısının alınması üçün aidiyyatı idarə və müəssisələrə tapşırıq və tövsiyyələr verilib. Rayon ərazisindəki bərk məişət tullantıları  poliqonunda, yaşıllıq sahələrinə də baxış keçirilib.

Şahbuz rayon Gigiyena və Epidemiologiya Mərkəzinin mütəxəssisləri də Şahbuz şəhər su təmizləyici qurğular kompleksinin və bərk məişət tullantıları  poliqonunun  ərazisində dezinfeksiya və dezinseksiya tədbirləri görüb.

                                               Novruz Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: