Naxçıvana ilk qar yağıb

1. 376

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii  Sərvətlər Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə oktyabrın 26- dan  27-nə keçən gecə Naxçıvan ərazisinə bu mövsümün ilk qarı yağıb. Bu hal muxtar respublikanın mövsümi iqlim şəraitinə uyğundur və normal hal sayılır. Bu payız müşahidə olunan ilk qar 2000 metr hündürlükdən yuxarı  olan dağlıq ərazilərə yağıb.  Dəniz səviyyəsindən 2000 metr hündürlükdə olan ərazilərdə qar örtüyünün qalınlığı  5 sm , 3000 metr yüksəkliklərdə isə 20 sm  olub. 2000 metrdən aşağı olan  dağlıq ərazilərə  isə sulu qar  yağıb.  Qar yağışı əsasən Ordubad, Culfa və Şahbuz rayonlarının dağlarında qeydə alınıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: