Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyinə XX əsrin əvvəllərinə aid daha bir etnoqrafik material – Naxçıvan qadınlarının geydiyi arxalıq və tuman təqdim olunub.
Muzeydən NUHÇIXAN-a bildiriblər ki, geyimlərin üzü zərqazı materialından, astarı ağımtıl satindəndir. Uzun və düz qolları olan arxalığın və qatlamalı tumanın kənarlarına zəncirə bafta tikilib.
Geyim XX əsrin əvvəllərinə qədər Naxçıvanda mövcud olan geyim mədəniyyətini, eləcə də qədim parça nümunələrini öyrənmək üçün əvəzsiz nümunədir.