Naxçıvan yollarında - VİDEO
İlin bütün fəsillərində gözəl olan Naxçıvan təbiəti yaz günəşinin hərarəti, yağmurların təmizliyində bir qədər də əsrarəngiz, təkrarsız və füsunkar görünür.
Əzəmət simvolumuz olan Haçadağın ətəyindən uzanaraq Əlincəçay vadisində yerləşən kəndlərimizə aparan rahat yol boyu yaranan mənzərənın bir adı var –Tanrı möcüzəsi. Bu möcüzə insanı doğulduğu təbiətə bağlayır, ondan güc almağa səsləyir.
NUHÇIXAN əməkdaşlarımızın hazırladığı videomaterialı təqdim edir: